mobil versiya

Azərbaycan “Anadolu Qartalı – 2023” təlimində iştirak edəcək- Müdafiə Nazirliyi



Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı – 2023” beynəlxalq təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, mayın 2-də başlayacaq təlimə Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri cəlb olunacaq.
Azərbaycan, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İngiltərə nümayəndələrinin iştirakı ilə keçiriləcək beynəlxalq təlim mayın 23-dək davam edəcək.
KARUSEL / GÜNDƏM
Tarix: 26-04-2023, 17:24