mobil versiya

Putin deyib ki, o, Zelenski ilə yalnız sülh danışıqlarının son mərhələsində görüşəcək





Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşməyə hazır olduğunu, ancaq üç ildir davam edən münaqişəyə son qoyulması üzrə danışıqların son mərhələs”ndə olduğunu bildirib.

O, həmçinin Zelenskinin hərbi vəziyyətlə bağlı 5 illik mandatının başa çatdığını nəzərə alaraq, sülh sazişi imzalamaq hüququna malik olmadığını irəli sürüb.

Reportyor.az xəbər verir ki, Putin bunu Sankt-Peterburqda xarici jurnalistlərə deyib.

“Biz nəinki mövcud münaqişəyə son qoyacaq, həm də uzunmüddətli perspektivdə oxşar vəziyyətlərin təkrarlanmasının qarşısını alacaq şərait yaradacaq bir həll tapmalıyıq. Mən hamı ilə, o cümlədən Zelenski ilə görüşməyə hazıram. Məsələ bunda deyil, əgər Ukrayna dövləti danışıqlar aparmaq üçün konkret olaraq kiməsə inanırsa, Allah xatirinə, bu, Zelenski ola bilər. Bizi kimin danışıqlar aparması maraqlandırmır, hətta o, rejimin hazırkı rəhbəri olsa belər".

O, əlavə etdi ki, bu, yalnız son mərhələdə baş verəcək ki, orada oturub hər şeyi sonsuzca bölmək deyil, buna son qoymaq üçün.

Üç ildir davam edən münaqişəyə son qoyulması ilə bağlı danışıqlar son həftələrdə dalana dirəndi, Putin Zelenski ilə şəxsi görüşdə iştirakdan imtina edərkən hücumuna son qoymaq üçün maksimalist tələbləri irəli sürdü.

Kiyev Moskvanı münaqişəni uzatmaq üçün sülh səylərini qəsdən sabotaj etməkdə ittiham edib.







KARUSEL / DÜNYA
Tarix: 19-06-2025, 09:08