mobil versiya

Bakıda binanın damında qanunsuz inşa olunan hovuz sökülüb





Azadlıq prospekti 13 ünvanında çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq hovuz və tikili inşa edilib.

Reportyor.az xəbər verir ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən APA-ya verilən xəbərə görə, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb.

“Belə ki, sözügedən binanın damında qanunsuz tikililərin sökülməsi istiqamətində işlərə başlanılıb. Qeyd edək ki, bu qanunsuz tikililər binanin dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradıb”, – məlumatda vurğulanıb.






KARUSEL / CƏMİYYƏT
Tarix: 19-06-2025, 12:31