Xarici işlər naziri Dohada KƏŞ-in 49-cu fövqəladə iclasında iştirak edir

Qətərin paytaxtı Dohada Körfəz Əməkdaşlıq Şurası Nazirlər Şurasının 49-cu fövqəladə iclası keçirilib.
Reportyor.az xəbər verir ki, görüşdə İranın Qətər Dövlətinə qarşı təcavüzü müzakirə edilib, regional hadisələr və onların təhlükəsizliklə bağlı nəticələri nəzərdən keçirilib.
Körfəz ərəb ölkələrinin xarici işlər nazirləri İranın Qətərdəki ABŞ hərbi bazasına raket zərbəsi endirməsini kəskin pisləyib və bunu suverenliyin açıq-aşkar, qəbuledilməz və təhlükəli pozulması adlandırıblar.
Bəyanata görə, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) İran İslam Respublikasının Qətər Dövlətindəki hərbi bazanı hədəfə alaraq həyata keçirdiyi raket hücumlarına görə dərin təəssüf hissi və qətiyyətlə pisləndiyini bildirib.
Nazirlər həmçinin hücumu bəhanə və əsaslandırmalardan asılı olmayaraq, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulması kimi qiymətləndirərək, Qətər Dövləti ilə tam həmrəy olduqlarını və onun təhlükəsizliyini və sabitliyini qorumaq üçün gördüyü tədbirləri tam dəstəklədiklərini təsdiq ediblər.
Bundan əlavə, Şura ABŞ prezidenti Donald Trampın İsrail və İran arasında atəşkəs elanını alqışlayıb və bunu gərginliyin azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirib.
Onlar maksimum təmkin və davamlı həll yollarına aparan danışıqlara ciddi qayıdışın vacibliyini vurğulayıb.
KƏŞ nazirləri həmçinin digər aktual regional məsələlərə, o cümlədən İsrailin Qəzzada davam edən hərbi kampaniyasına toxunublar.
Nazirlər İsrailin Qəzza zolağında davam edən təcavüzünü və dinc sakinlərin öldürülməsini pisləyib və işğalçı hakimiyyət tərəfindən həyata keçirilən hərbi eskalasiyaya, habelə humanitar yardımın qarşısını alan blokadaya son qoymağa çağırıblar.
KARUSEL / DÜNYA
Tarix: 25-06-2025, 11:49