mobil versiya

Qətər ABŞ bazasına hücumdan sonra İran səfirini çağırıb






Qətər XİN Amerikanın nüvə obyektlərinə zərbələr endirdikdən sonra Qətər ərazisindəki əsas ABŞ hərbi bazasına hücumundan sonra İran səfirini çağırıb.

Reportyor.az xəbər verir ki, Xarici İşlər Nazirliyi hücumu qətiyyətlə pislədiyini bildirib və bu kobud pozuntuya cavab vermək hüququnu özündə saxladığını təkrarlayıb.

İranın Gənc Jurnalistlər Klubu xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Qətərə regional gərginliyin qarşısının alınmasında konstruktiv roluna görə təşəkkür edib.

Nazir Məcid Təxtravançi bu mesajı Qətərin dövlət naziri Məhəmməd bin Əbdüləziz Əl-Xuleyfi ilə telefon danışığında İranın Qətərdəki ABŞ əl-Udeyd bazasına raket zərbələri endirdikdən sonra verib.

"İran iki ölkə arasında mehriban qonşuluq və ali maraqlara əsaslanan münasibətləri davam etdirmək və gücləndirməkdə qərarlıdır", - deyə Təxtravançi bildirib.


KARUSEL / DÜNYA
Tarix: 24-06-2025, 13:09