mobil versiya

ABŞ-ın İraqdakı bazası bombalandı, üç hərbçi öldü




Amerikanın İraqdakı hərbi bazası raket zərbələrinə məruz qalıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, nəticədə iki amerikalı və bir britaniyalı hərbçi ölüb. Bundan başqa, koalisiyanın daha 12 hərbçisi yaralanıb.

Koalisiyanın rəsmisi Mayls Keqins bildirib ki, “Kemp-Tac” hərbi bazası istiqamətində 15-ə yaxın raket buraxılıb. 

Bir müddət sonra isə ABŞ aviasiyası İraqla Suriyanın sərhədində yerləşən “Al-Haşd aş-Şaabi” qruplaşmasının bazalarına aviazərbələr endirib.

KARUSEL / DÜNYA
Tarix: 12-03-2020, 10:30