mobil versiya

Ötən ay 27 nəfər sirkə turşusundan zəhərlənib



İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 99 nəfər qəbul edilib.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, xəstələrdən 37 nəfər dərmandan, 27-si sirkə turşusundan, 1-i yandırıcı məhluldan, 2-si spirtli içkidən, 5-i fosfor üzvi birləşmələrdən zəhərlənib. Həmçinin, 17 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm,1 nəfər həşərat dişləməsi səbəbindən şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

Reportyor.az 




KARUSEL / CƏMİYYƏT
Tarix: 2-07-2025, 10:00