mobil versiya

Şabranda meşədə baş verən yanğın söndürülüb



Şabran rayonunda dağlıq-meşəlik ərazidə baş verən yanğın tam söndürülüb.

Rayonun Çaraq kəndi istiqamətində mürəkkəb relyefli ərazidə başlayan yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının yayılmasının qarşısı alınaraq söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülüb. Yanğın artıq tam söndürülüb.



KARUSEL / HADİSƏ
Tarix: 2-07-2025, 19:17