mobil versiya

Azərbaycan 20-dən çox ölkəni neft, 12 ölkəni isə qazla təchiz edir





Azərbaycan hazırda 20-dən çox ölkəni neft, 12 ölkəni isə qaz ilə təchiz edir.

Bunu energetika naziri Pərviz Şahbazov 9-cu OPEC Beynəlxalq Seminarında “Neft bazarları: enerji təhlükəsizliyi, inkişaf və rifah” mövzusunda keçirilən nazirlər sessiyasında çıxış edərkən deyib.
Nazir bildirib ki, Azərbaycan qazı hazırda Gürcüstanda qaz istehlakının 78%-ni, Bolqarıstanda 50%-dən çoxunu, Yunanıstanda 18%-ni, İtaliyada təxminən 16%-ni, Türkiyədə isə 18,5%-ni təmin edir və hazırda Cənub Qaz Dəhlizinə üzv olmayan ölkələrdən əlavə olaraq 14 milyard kubmetr həcmində qaz tələbi mövcuddur. Nazir Pərviz Şahbazov deyib ki, Azərbaycanın təbii qaz potensialı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər, lakin bu potensialın tam reallaşması investisiya və uzunmüddətli öhdəliklər əsasında mümkündür. Onun sözlərinə görə, yeni yataqların işlənməsi və infrastrukturun genişləndirilməsi bu baxımdan əsas şərtlərdir. Qeyd olunub ki, beynəlxalq tərəfdaşlarla birlikdə işlənilən 5 karbohidrogen layihəsindən 2030-cu ilə qədər əlavə neft-kondensat hasilatı gözlənilir. Həmçinin dənizdə və quruda perspektivli strukturlar üzrə işlər aparılır.(apa)







KARUSEL / İQTİSADİYYAT
Tarix: 9-07-2025, 16:55