mobil versiya

2024-cü ildə xaricə qaz satışı 6 faizədək artıb



2024-cü ildə neft-kondensat hasilatı 29,1 milyon ton, ixraca nəql edilən həcmlər isə 24,4 milyon ton olub. Ötən il 2023-cü illə müqayisədə 2 milyard kubmetr artımla 50,3 milyard kubmetr qaz hasil edilib. 25,2 milyard kubmetr qaz isə ixrac olunub.

Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“Ötən ilin yanvar - dekabr aylarında təxminən Avropaya 12,9 milyard kubmetr, Türkiyəyə 9,9 milyard kubmetr, Gürcüstana isə 2,4 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 5,6 milyard kubmetr qaz nəql edilib. Ötən il xaricə qaz satışı 2023-cü illə müqayisədə təqribən 5,8 faiz çoxdur”, - deyə nazir qeyd edib.
 

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:37