“İsrailin Suriya hücumlarını qətiyyətlə qınayırıq, dəstək verməyə hazırıq” - Türkiyə MN

Nazirliyin sözçüsü Tuğamiral Zeki Aktürk, Ömər Halisdemir abidəsi önündə keçirilən mətbuat konfransında vacib açıqlamalarla çıxış edib.
Açıqlamada bildirilib ki, uzun sürən ağrılı dövrdən sonra Suriyanın beynəlxalq cəmiyyətlə yenidən inteqrasiya olunması və davamlı sülhün bərqərar edilməsi üçün tarixi bir fürsət yaranıb. Bu fürsətin boşa verilməməsi və sabitliyin təmin olunması üçün dəstək verilməsinin vacibliyi vurğulanıb.
İsrailin beynəlxalq hüququ açıq şəkildə pozan hücumlarının bölgə üçün təhlükə yaratdığı qeyd edilərək, bu aqressiv və sərhəd tanımayan yanaşmanın bölgəni xaosa sürüklədiyi bildirilib.
“İsrail geri dönülməz nəticələrə səbəb ola biləcək bu hücumlarına dərhal son verməlidir,” – deyə açıqlamada vurğulanıb.
Nazirlik Suriyadakı vəziyyətlə və İsrailin hücumları ilə bağlı suallara cavab olaraq bildirib ki, Türkiyə Silahlı Qüvvələri ölkənin təhlükəsizliyini təmin etmək və sərhədlərində terror dəhlizi formalaşmasının qarşısını almaq üçün Suriyanın şimalındakı terror ünsürlərinə qarşı əməliyyatlarını davam etdirir. ("AzPolitika.info")
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:06