“Araz-Naxçıvan”da dörd yeni müqavilə

“Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevin köməkçiləri ilə müqavilə müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rasim Ramaldanov, Ramiz Kərimov, Əfran İsmayılov və Todor Terzievlə bir illik müqavilə imzalanıb.
Naxçıvan təmsilçisi daha əvvəl Elmar Baxşıyevlə də yeni, bir illik müqavilə imzalandığını açıqlamışdı. Komanda onun rəhbərliyi altında 2024/2025 mövsümünü turnir cədvəlinin 3-cü pilləsində başa vuraraq, tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Dünən, 15:54