Nazirlər birbaşa dialoqun davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiqləyib

Avqustun 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər.
Nazirlər, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb və birbaşa dialoqun davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiqləyiblər.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 12-08-2025, 18:30



























