mobil versiya

Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq



Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən oktyabrın 29-u axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 30-u gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Reportyor.az

KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 15:20