mobil versiya

Səudiyyə Ərəbistanının Kralı və Krallığının vəliəhdi Azərbaycan liderinə məktub ünvanlayıb




İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: 

"Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.
Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik.
Qardaş ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək istəyimizi bir daha bəyan edirik.
Zati-alinizə salamlarımızı və ehtiramımızı çatdırırıq".

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud həmçinin Azərbaycan dövlət başçısına təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: 
"Zati-alinizi ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik etməkdən və səmimi arzularımı çatdırmaqdan çox məmnunam.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına daha çox tərəqqi və firavanlıq diləyirəm.
Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm".
 
Reportyor.az

KARUSEL / SİYASƏT
Tarix: 4-11-2025, 17:25