Husilər və Yəmən hökuməti təxminən 3000 məhbusu dəyişdirəcək

Hər iki tərəfin rəsmiləri çərşənbə axşamı bildiriblər ki, Yəmənin İran tərəfindən dəstəklənən Husiləri və beynəlxalq səviyyədə tanınan hökuməti ümumilikdə təxminən 3000 nəfəri əhatə edən məhbus mübadiləsi barədə razılığa gəliblər.
Məhbus mübadiləsi danışıqlarında iştirak edən hökumət nümayəndə heyətinin üzvü Məcid Fədail, Husilərlə minlərlə müharibə əsirinin azad edilməsini nəzərdə tutan yeni bir mübadilə barədə razılığa gəldiklərini söylədi.
Husi nümayəndə heyətinin rəsmisi Əbdülqadir əl-Mortada X-də verdiyi açıqlamada bildirib ki, bu gün qarşı tərəflə 1700 məhbusumuzun 1200 məhbusu müqabilində genişmiqyaslı məhbus mübadiləsi sazişini həyata keçirmək üçün razılaşma imzaladıq.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 23-12-2025, 16:46



























