Liviyada 3 günlük matəm elan olunub

Liviya Milli Birlik Hökuməti Türkiyədə baş verən təyyarə qəzasında Baş qərargah rəisi Mohammed Ali Ahmed el Haddadın başçılıq etdiyi heyətin həlak olması ilə əlaqədar üç günlük matəm elan edib.
Matəmlə əlaqədar ölkə ərazisində bayraqlar yarıya qədər endiriləcək.
Liviya hökümətinin başçısı Abdul Hamid Dbeyba, qəzanın səbəblərinin araşdırılması məqsədi ilə Müdafiə Nazirliyinin bir qrup əməkdaşının Türkiyəyə ezam olunması tapşırığını verib.
Bildirilir ki, sözü gedən heyət Türkiyənin rəsmi qurumları ilə sıx koordinasiyada fəaliyyət göstərəcək.
Xatırladaq ki, Ankaradan Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan bütün şəxslərin həlak olub.
Qəza zamanı Liviya Baş Qərargah rəisi general Məhəmməd Həddad və onu müşayiət edən şəxslər həyatını itirib.
Həlak olanlar arasında quru qoşunlar qərargahının rəhbəri general-leytenant Fituri Qaribil, general-mayor Mahmud Katiwi, Liviya Baş Qərargah rəisinin müşaviri Məhəmməd Asaavi Diab, eləcə də Baş Qərargahın Media Ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub yer alır.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 24-12-2025, 09:19



























