Ərdoğan: Türkiyənin F-35 proqramına qayıdışı NATO-nun təhlükəsizliyi üçün vacibdir

Türkiyənin ABŞ-ın F-35 proqramına yenidən qoşulması Vaşinqtonla əlaqələri möhkəmləndirəcək və NATO-nun təhlükəsizliyini gücləndirəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Bloomberg“ə müsahibəsində bildirib.
O, Rusiyadan Hava Hücumundan Müdafiə sistemlərinin alınması səbəbi ilə təxminən 10 il əvvəl gərginləşən əlaqələri bərpa etməyə çalışdığını vurğulayıb.
Ərdoğan bu məsələdə ABŞ Prezidenti Donald Trampla münasibətlərindən istifadə etdiyini vurğulayıb.
Ərdoğan qeyd edib ki, Türkiyənin F-35 proqramından çıxarılması ilə bağlı qərar ədalətsizdir.(apa)
KARUSEL / DÜNYA
Tarix: 5-01-2026, 14:00



























