Maduro bu həbsxanada qalacaq

ABŞ Prezidenti Donald Trampın göstərişi ilə saxlanılan Venesuela prezidenti Nikolas Maduro hazırda Nyu-Yorkdakı Bruklin həbsxanasında saxlanılır. Keçmişdə ağır və qeyri-insani şəraitə görə tez-tez tənqid olunan bu federal həbsxanada Maduronun hansı şəxslərlə birlikdə qaldığı maraq doğurub.
ABŞ mediasının yazdığına görə, Maduro dünyanın ən böyük 8-ci şirkətlərindən biri olan "United Healthcare"-in CEO-sunun qətli ilə bağlı ittiham olunan Luiqi Manqione ilə eyni həbsxanada saxlanılır. Bildirilir ki, Maduronun burada qarşılaşacağı şərait prezidentlik dövründə yaşadığı lüks həyatla müqayisə olunmayacaq dərəcədə ağırdır.
Təxminən 1300 məhbusun saxlanıldığı MDC-də daha əvvəl də bir çox tanınmış şəxslər olub. Onların arasında Qislain Maksvel, R. Kelly, Sam Bankman-Fried, eləcə də meksikalı narkobaron “El Chapo” kimi adlar yer alır.
Həbsxana uzun illərdir təhlükəsizlik və gigiyenik problemlərə görə tənqid edilir.
Məlumata əsasən, Maduro həbsxanaya gətirilən kimi təcrid olunub və onun daha kiçik, təhlükəsiz kamerada saxlanılacağı iddia edilir.
ABŞ mətbuatı məhkəmə prosesinin bir ildən çox davam edə biləcəyini yazır. ("AzPolitika.info")
KARUSEL / DÜNYA
Tarix: 6-01-2026, 16:01



























