mobil versiya

2025-ci ildə məişət zorakılığına məruz qalanların əksəriyyəti qadın və uşaqlardır



2025-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığı ilə bağlı 558 müraciət daxil olub.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat Şöbəsinin Məişət Zorakılığının Qarşısının Alınması Sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, bu rəqəm yalnız birbaşa Komitəyə ünvanlanan müraciətləri əhatə edir:
“2025-ci ildə məişət zorakılığına məruz qalanların əksəriyyəti qadın və uşaqlardır. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2025-ci ildə daxil olan 558 məişət zorakılığı müraciətinə əsasən, zorakılığa məruz qalanların 539-u qadın, 515-i uşaq, 83-ü isə kişi olub".(trend)
KARUSEL / CƏMİYYƏT
Tarix: 8-01-2026, 13:23