mobil versiya

Ötən il Bakıda məişət zorakılığı ilə bağlı 605 zərərçəkmiş qeydə alınıb



Ötən il Bakı şəhəri üzrə məişət zorakılığı ilə bağlı 605 zərərçəkmiş qeydə alınıb. Onlardan ən çoxu - 168 nəfər zərərçəkmiş paytaxtın Sabunçu rayonunda qeydə alınıb.


Bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvi Sənan Hacıyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə vəkillər və hakimlər üçün keçirilən “Məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda təlimin açılış mərasimində çıxış edərkən deyib.
Ötən il məişət zorakılığı ilə əlaqədar Səbail rayonunda 15 zərərçəkmişin qeydə alındığını diqqətə çatdıran Mülki Kollegiyanın sədri əlavə edib: “Hesab edirəm ki, Sabunçu rayonunda zorakılıq hallarının bu qədər çox olması bir mesajdır. Bu ərazidə maarifləndirmə tədbirlərinin artırılmasına ehtiyac var”.(azərtac)

KARUSEL / CƏMİYYƏT
Tarix: 10-10-2024, 12:13