Malayziya və Hindistan arasında ikitərəfli ticarət 2025-ci ildə 19 milyard ABŞ dollar olub

Malayziya və Hindistan arasında ikitərəfli ticarət 2025-ci ildə təxminən 19 milyard ABŞ dollarına (74.98 milyard Malayziya Ringgiti - RM) çatıb və Hindistan artıq Malayziyanın ən yaxşı ticarət tərəfdaşları arasında yer alır.
Bunu Malayziyanın Baş naziri Ənvər İbrahim hindistanlı həmkarı Narendra Modi ilə Malayziyadakı Hindistan icması tərəfindən təşkil edilən tədbirdə deyib.
Modini "Böyük dost" adlandıran Ənvər, diplomatik niyyətin real nəticələrə çevrilməsinə kömək edən Hindistan lideri ilə yaxın şəxsi əlaqəni bölüşməkdən xoşbəxt olduğunu bildirib.
Hindistan Malayziyanın Cənubi Asiya bölgəsində ən böyük ticarət tərəfdaşı olaraq qalır və iki ölkə arasında ümumi ticarət 2025-ci ildə 79,49 milyard RM (18,59 milyard ABŞ dolları) təşkil edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Dünən, 10:04



























