mobil versiya

Yaponiya səfiri: Hər iki ölkə zəngin tarixə və mədəni irsə malikdir



"Turizm sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdən biridir".

Bunu jurnalistlərə açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya deyib.

Səfir bildirib ki, Azərbaycan və Yaponiya arasında qarşılıqlı turist axınının artırılması, mədəni əlaqələrin möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsi münasibətlərin daha da inkişafına təkan verəcək: "Turizm sahəsində əməkdaşlıq təkcə iqtisadi baxımdan deyil, həm də xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsi üçün mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə turizm şirkətləri arasında əlaqələrin qurulması, birbaşa uçuş imkanlarının artırılması və ortaq mədəni tədbirlərin təşkili nəzərdə tutulur.
Hər iki ölkə zəngin tarixə və mədəni irsə malikdir. Bu potensialdan səmərəli istifadə olunması Azərbaycan–Yaponiya münasibətlərinin yeni mərhələyə yüksəlməsinə şərait yarada bilər".


Reportyor.az 


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 20-02-2026, 19:43