mobil versiya

Hikmət Hacıyev: Bu gün Ermənistan və Azərbaycan sülh gündəliyini dərinləşdirir




“Biz çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Qlobal Bakı Forumu çərçivəsində “Böhranda çoxtərəflilik: Qlobal Əməkdaşlığın Yenidən Nəzərdən Keçirilməsi” adlı panel müzakirəsində çıxışında deyib.

O bildirib ki, bölgədən kənar ölkələr maraqlarını ortaya qoyub regiona töhfə verə bilər: “Biz müstəqilliyin ilk illərində ümidlərimizi beynəlxalq təşkilatlara bağlamışdıq. Biz hərbi və siyasi yollarla münaqişəni həll etdik. Bu gün Ermənistan və Azərbaycan sülh gündəliyini dərinləşdirir”. (Apa)

Reportyor.az 


KARUSEL / SİYASƏT
Tarix: 12-03-2026, 16:34