mobil versiya

Tacikistan 110 böyük yük maşınından ibarət İrana humanitar yardım karvanı yola salıb



Tacikistan Prezidenti Emoməli Rəhmonun sərəncamı ilə İran İslam Respublikası xalqına humanitar yardım göndərilib.

Yerli media xəbər verir ki,  Tacikistanın humanitar yardımı 3610 ton yükdən ibarətdir, o cümlədən 45 ton dərman, çoxlu miqdarda sanitariya və gigiyena məhsulları, uşaq geyimləri, müxtəlif qida məhsulları, məişət əşyaları, yataq dəstləri, çadırlar, tikinti materialları və digər zəruri ləvazimatlar.

110 böyük yük maşınından ibarət Tacikistanın humanitar yardım karvanı ötən gün İrana yola düşüb.


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: 19-03-2026, 17:15