Putin: İran müharibəsinin nəticələri COVID-19 pandemiyasının nəticələri qədər ciddi ola biləcək

Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdəki münaqişənin nəticələrini proqnozlaşdırmağın çətin olduğunu, lakin bəzilərinin potensial təsirini COVID-19 pandemiyasının nəticələri ilə müqayisə etdiyini bildirib.
Reuters bu barədə xəbər verir.
Putinin sözlərinə görə, münaqişə beynəlxalq logistika, istehsal və təchizat zəncirlərinə ciddi ziyan vurur, eyni zamanda karbohidrogen, metal və gübrə şirkətlərinə güclü təzyiq göstərir.
Putin Moskvada biznes liderlərinə bildirib ki, Yaxın Şərqdəki münaqişənin nəticələrini dəqiq proqnozlaşdırmaq hələ də çətindir.
"Mənə elə gəlir ki, münaqişədə iştirak edənlər özləri heç nəyi proqnozlaşdıra bilmirlər, amma bizim üçün bu daha da çətindir. Lakin, artıq onların koronavirus epidemiyası ilə müqayisə edilə biləcəyinə dair təxminlər var. Xatırladım ki, bu, istisnasız olaraq bütün regionların və qitələrin inkişafını kəskin şəkildə ləngidib."
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:40


























