Ceyhun Bayramovla Ararat Mirzoyan arasında telefon danışığı aparılıb

Martın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi məlumat yayıb.
Nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.
Ceyhun Bayramov və Ararat Mirzoyan, həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 27-03-2026, 17:12



























