mobil versiya

Hörmüz boğazı ilə bağlı səsvermə şənbə gününə təxirə salınıb




Hörmüz boğazı ilə bağlı səsvermə şənbə gününə təxirə salınıb.

BMT Təhlükəsizlik Şurasının 15 üzvü Bəhreyn tərəfindən təqdim olunan qətnamə layihəsini müzakirə edəcək.

Qətnamə dünya neft və qaz ehtiyatlarının beşdə birinin daşındığı bu strateji su yolunda ticarət gəmilərinin qorunmasını nəzərdə tutur.

"Associated Press" və "Reuters"in məlumatına görə, layihədə ölkələrə gəmilərin mühafizəsi üçün "bütün zəruri müdafiə vasitələrindən" istifadə icazəsi verilir.

Lakin daimi üzv Çin güc tətbiqinə işarə edən hər hansı bir bəndə qəti etiraz etdiyi üçün qətnamənin qəbulu sual altındadır.

Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: 3-04-2026, 15:46