İraqın Səudiyyə Ərəbistanındakı səfirinə etiraz notası verilib

İraqın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Safiyyə əl-Suheyli bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə XİN məlumat yayıb.
Görüşdə İraq ərazisindən Səudiyyə Ərəbistanına və digər Körfəz dövlətlərinə qarşı həyata keçirilən davamlı PUA (pilotsuz uçuş aparatları) hücumları, açıq təhdidlər qətiyyətlə pislənib və kəskin şəkildə qınanıb. Səfirə bu xüsusda etiraz notası təqdim olunub.
Notada İraq hökumətinə bu kimi təhdid və hücumlara qarşı məsuliyyətli mövqe sərgiləməklə bağlı çağırış edilib. Həmçinin, region ölkələrinin suverenliyinə və sabitliyinə yönəlmiş hər hansı təhdidlərin qəbuledilməz olduğu bildirilib.
Krallıq öz təhlükəsizliyini təmin etmək və ərazilərini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxladığını qeyd edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 12-04-2026, 20:03



























