mobil versiya

Respublika üzrə istiliyin verilməsi dayandırılıb




Azərbaycanın dağ rayonları istisna olmaqla 2025–2026-cı illər payız-qış mövsümü yekunlaşıb.

“Azəristiliktəchizat” ASC bu barədə məlumat yayıb. 

İstilik mövsümünün tamamlanması ilə əlaqədar olaraq, sistemlərin planlı dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq tədbirlərinə başlanılıb.

Mövsüm ərzində regionlar üzrə 196 qazanxana vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44 səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə təmin edilib.

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: 15-04-2026, 11:43