Qətər və Türkiyə arasında hərbi və müdafiə sahələrində strateji əməkdaşlıq müzakirə olunub

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl Tani Əmirlik Divanında Türkiyə Respublikasının Milli Müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Yerli media bu barədə xəbər verir.
Görüş zamanı tərəflər iki ölkə arasında, xüsusən də hərbi və müdafiə sahələrində strateji əməkdaşlıq və regionda artan təhlükəsizlik problemləri fonunda ortaq maraqlara xidmət edən və koordinasiyanı gücləndirən şəkildə inkişaf etdirməyin yollarını müzakirə ediblər.
Həmçinin, regional və beynəlxalq arenalarda baş verən hadisələr, eləcə də beynəlxalq təhlükəsizlik və sabitliyin dəstəklənməsi səyləri müzakirə olunub.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 15-04-2026, 14:05



























