mobil versiya

Sabah hava necə keçəcək?



Aprelin 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 9-12° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.


Reportyor.az 



KARUSEL / ÖLKƏ
Tarix: 16-04-2026, 14:18