Rusiya Pakistandan balıq və dəniz məhsulları idxalını təsdiqləyib

Pakistanın balıqçılıq sektoru üçün böyük bir irəliləyiş olaraq, Rusiya Pakistan balığı və dəniz məhsulları idxalını təsdiqləyib.
Bu barədə Dənizçilik üzrə Federal Nazir Məhəmməd Cüneyd Ənvər Çaudri yerli mediaya bildirib.
Bunu tarixi bir nailiyyət kimi xarakterizə edən nazir bildirib ki, ilk dəfə olaraq Pakistan dəniz məhsullarının Rusiya bazarına ixracı üçün yol açılıb.
O, 16 Pakistan şirkətinə Rusiyaya balıq ixrac etmək üçün icazə verildiyini açıqlayıb və əlavə edib ki, Rusiya bazarına çıxış Avrasiya İqtisadi Birliyi daxilindəki ölkələrə də qapılar açacaq.
Nazir qeyd edib ki, Dəniz Balıqçılığı Departamenti bütün dəniz məhsulları ixracının beynəlxalq standartlara cavab verməsini təmin edir.
Çodri Pakistanın hazırda 500 milyon dolları keçən illik dəniz məhsulları ixracının Rusiya bazarına daxil olduqdan sonra 800 milyon dollara qədər arta biləcəyinə dair optimistliyini bildirib.
O, əlavə edib ki, təkcə Rusiyaya ixracın ilkin olaraq təxminən 300 milyon dollar gəlir gətirəcəyi gözlənilir.
O, dəniz məhsulları ixracının dəniz, hava və quru yolları ilə daşınacağını bildirib və Orta Asiya ölkələri ilə quru əlaqəsinin səmərəli ticarət dəhlizi təklif etdiyini vurğulayıb.
Nazir Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi ölkələrdə Pakistan balığına böyük tələbat olduğunu qeyd edib və Pakistan limanlarının regional ticarətin təşviqində əsas rol oynadığını vurğulayıb.
O, əlavə edib ki, Pakistanın isti su balığı qlobal bazarlarda rəqabət üstünlüyü qazanmaq potensialına malikdir və təkmilləşdirilmiş infrastruktur və beynəlxalq standartlara riayət etməklə ixracda əhəmiyyətli artım gözlənilir.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:17


























