mobil versiya

Ölkə üzrə aprel ayının pensiyalarının ödənişi sabah tam başa çatdırılacaq




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə aprel ayının pensiyalarının sabah tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə fondun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.


Reportyor.az 



KARUSEL / SOSİAL
Tarix: Bu gün, 13:40