Ölkədə şəkər və qənnadı məmulatları üzrə ixrac gəlirləri nə qədər artıb?

Bu ilin yanvar-mart aylarında Azərbaycan 42 milyon 369,78 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. Bu göstərici 2025-ci ilin eyni ayları ilə müqayisədə 20,4 faiz azdır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə, həmçinin ölkədən 28 milyon 654,46 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edilib. Bu isə illik müqayisədə 4,4 dəfə artım deməkdir.
Yanvar-mart aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,1 faizini, idxalı isə ümumi idxalın 0,94 faizini təşkil edib.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:47


























