İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-çıxış edəcək

İrəvanda Avropa Siyasi Birliyinin bu gün sammiti başlayır.
Sammitin açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev video-çıxış edəcək.
“Avropa Siyasi Birliyi"nin VIII sammitinin "Gələcəyi qururuq: Avropada birlik və sabitlik" şüarı altında keçiriləcəyi bildirilib.
Məlumata görə, sammit Avropa liderlərini və beynəlxalq təşkilatların rəhbərlərini bir araya gətirəcək.
Qeyd edək ki, İrəvandakı müzakirələrdə əsas diqqət demokratik dayanıqlığın möhkəmləndirilməsi, əlaqəliliyin inkişafı, eləcə də dəyişən təhlükəsizlik arxitekturası və regional çağırışlar nəzərə alınmaqla iqtisadi və enerji təhlükəsizliyinin gücləndirilməsinə yönələcək.
Açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin də çıxışları nəzərdə tutulub.(Trend)
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 4-05-2026, 10:00



























