mobil versiya

Şəxsiyyət vəsiqəsi olmayan uşaqların doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks tədbirlər görülüb





Şəxsiyyət vəsiqəsi olmayan uşaqların sənədləşdirilməsi və doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks profilaktik və hüquqi tədbirlər də davam etdirilərək 9 uşağın doğum faktının müəyyən edilməsi təmin olunub.

Məhkəmə qərarları əsasında onlara doğum haqqında şəhadətnamələr verilərək müvafiq məlumatlar Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilib və hər bir uşaq fərdi identifikasiya nömrəsi ilə təmin olunub.

Bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin mayın 8-də keçirilən birgə iclasının gündəliyinə daxil edilmiş İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında yer alıb.

Qeyd edilib ki, hesabat dövründə insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilmiş təlim, tədris proqramları və ixtisasartırma tədbirləri də sistemli xarakter daşımaqla hüquq mühafizə, miqrasiya, ədliyyə, səhiyyə, turizm, diplomatik xidmət və digər sahələri əhatə edib, ümumilikdə 2000-dən artıq iştirakçının peşə hazırlığının artırılmasına yönəlib. (Azərtac)


Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 11:18