mobil versiya

Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir




Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.
***


08:00
Lökbatan qəsəbəsində yerləşən “Bakı Logistika”ya məxsus anbarda baş verən yanğınla mübarizə davam edir. Əraziyə cəlb olunmuş qüvvələr yanğını söndürmək üçün lazımı tədbirlər görür.
Əraziyə cəlb olunmuş qüvvələr yanğınla mübarizəni davam etdirir. Yanğının söndürülməsinə FHN-in helikopteri cəlb olunub.
İlkin məlumata görə hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur. (Apa)





Reportyor.az 



KARUSEL / HADİSƏ
Tarix: 12-05-2026, 08:12