Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə may ayının pensiyaları ödənilib.
Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirlib ki, Naxçıvan Muxtar Respublikasının ƏƏSMN-in tabeliyində DSMF tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişi yekunlaşıb.
Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin may ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.
Reportyor.az
KARUSEL / SOSİAL
Tarix: Bu gün, 12:15


























