Hindistan təhlükəsiz və maneəsiz dəniz axınlarının qlobal iqtisadi rifah üçün vacib olduğunu bildirib

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar bildirib ki, Hörmüz boğazı və Qırmızı dəniz də daxil olmaqla beynəlxalq sulardan təhlükəsiz və maneəsiz dəniz axınları qlobal iqtisadi rifah üçün vacibdir.
Reuters agentliyinin məlumatına görə, Cayşankar BRICS xarici işlər nazirlərinin Nyu-Dehlidə keçirilən görüşündə etdiyi çıxışında bildirib.
"Biz həmçinin beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olan birtərəfli məcburi tədbirlərə və sanksiyalara artan müraciət məsələsinə də toxunmalıyıq".
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:37


























