DMX WUF13 ilə əlaqədar Azərbaycana səfər edən əcnəbilərə müraciət edib

Dövlət Miqrasiya Xidməti (DMX) WUF13 ilə əlaqədar Azərbaycana səfər edən əcnəbilərə müraciət edib.
Müraciətdə deyilir ki, WUF13 vizası ilə və ya vizasız qaydada BMT-nin Məskunlaşma Proqramının qeydiyyatından keçərək ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 30 gün müddətinə Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatdan keçmək tələbindən azaddırlar.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: 14-05-2026, 13:46



























