Qlobal Cənubun əsas QHT əməkdaşlığı platforması Bakıda yaradıldı, Azərbaycan yaratdı

Dünən Azərbaycan QHT sektoru daha bir tarixi uğura imza atdı və beynəlxalq arenada mövqelərimzin möhkəmlənməsi, “yumşaq güc” potensialımızın böyüməsinə əhəmiyyətli töhfə verdi.
Çağdaş Azərbaycan tarixinin ən önəmli hadisələrinə şahidlik edən möhtəşəm Gülüstan sarayında Milli QHT Forumunun təşəbbüsü ilə ötən il təsis olunan Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirildi. Azərbaycan nümayəndəsi Fuad Kərimli Platformanın Baş katibi seçildi, təşkilatın katibliyi də Bakıda fəaliyyət göstərəcək.
Bu dəfə Gülüstan sarayında Azərbaycan QHT sektorunun trumpu baş tutdu.
Qlobal Cənub QHT Platformasının bir illik fəaliyyəti göstərdi ki, Azərbaycan QHT sektoru qlobal miqyasda özünü təsdiqləyə bilib. Ötən bil ildə Platformanın müvəqqəti Baş Katbi kimi fəaliyyət göstərən AMQF İH sdəri Ramil İskəndərli və komandası təşkilatın güclənməsi, instituional inkişafı üçün gərgin işləyiblər. Platforma beynəlxalq QHT icmasında fəal üzvə çevirilib. Xüsusən Qlobal Cənub regionunda nüfuz qazanıb və QHT-lərin fəaliyətini səmərəli əlaqələndirib, iqlim dəyişiklikləri, müstəmləkəçiliyə qarşı mübarizə, dayanıqlı inkişaf məsələləri ilə əlaqədar beynəlxalq gündəliyin formalaşmasında fəal iştirak edib. Qlobal Cənubda artıq Platformanı real işi ilə tanıyırlar və təşkilat Qlobal Cənubda vətəndaş cəmiyyətini bu miqyasda bir araya gətirən yeganə qurumdur. Qlobal Cənub QHT Platformasının yaradılması, bu səviyyədə fəaliyyətinin təmin edilməsi milli QHT sektorumuzun müstəqillik illərində ən böyük uğurudur.
Qlobal Cənub QHT Platformasının yaradılması və fəaliyyətinin təmin edilməsi göstərdi ki, Azərbaycan QHT sektoru beynəlxalq arenada mövqelərini gücləndirməkdə davam edir. QHT sektorunun inkişafı ilə əlaqədar dövlət siyasətinin mövcud strateji çağırışların dərindən analizi əsasında aparılması, ölkənin ümumi inkişaf strategiyası ilə ahəngləşdirilməsi, yükək peşəkarlıqla icra edilməsi real nəticələr verir. Azərbaycan Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət ölkəmizin uğurlu xarici siyasətindən bəhrələnir və güc alır. Azərbaycan QHT sektorunun təşəbbüslərinin uğuru həm də ölkəmizə, dövlət başçısına etimadla şərtlənir. Azərbaycanın Qoşulmama Hərakatına uğurlu sədrliyi, bənzərsiz C0P29 QHTsektorumuzun da reputasiyasını gücləndirdi. QHT sektorunun inkişafı ilə əlaqədar dövlət siyasətini həyata keçirən qurumlar, məsul şəxslərin də ən böyük xidmət ondadır ki, bu tarixi imkanların zamanında dəyərləndirilməsi üçün addımlar atıldı, təşəbbüslər dəstəkləndi. Zamanın çağırışları düzgün analiz edildi, strateji baxış formalaşdı. Vizyoner yanaşma hakim oldu. Həyata keçirilən islahatlar, misilsiz yeniliklər etimad yaratdı, ambsiyaları gücləndirdi və özgüvəni artırdı. Milli QHT sektorunun bu uğurları ilə hər bir soydaşımız, azərbaycanlı fəxr edə bilər - Qlobal Cənubun əsas QHT əməkdaşlığı platforması Bakıda yaradıldı, Azərbaycan yaratdı. Bu həm də Azərbaycanın gücünü, yüksək reputasiyasını, ölkəmizə güvəni göstərdi.
Zaur İbrahimli
Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 15-05-2026, 19:07



























