mobil versiya

ADY-dən Bakı-Tbilisi-Bakı qatarı ilə bağlı açıqlama




Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparır.

Bu barədə ADY-dən məlumat verilib.
“Verilmiş tapşırığa əsasən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən Gürcüstan Dəmir Yolları ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır", - ADY-dən bildirilib.
ADY müzakirənin təfərrüatlarını açıqlamayıb.
***
Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmiryol nəqliyyatı 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacaq.
Oxu.Az-ın Gürcüstan KİV-ə istinadən xəbərinə görə, bu barədə Gürcüstan Hökumət Administrasiyasından məlumat verilib.
Məlumata görə, qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıda keçirdiyi yüksəksəviyyəli görüşdən sonra elan edilib.
Danışıqlardan sonra İkitərəfli Koordinasiya Şurasının protokolu imzalanıb. Sənəddə, xüsusən Bakı-Tbilisi-Qars dəmiryolunun yeni hissəsinin tam şəkildə istifadəyə verilməsi nəzərdə tutulub, lakin istifadəyə verilmə tarixi ayrıca göstərilməyib.
Protokolu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirişvili və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.
Bildirildiyi kimi, Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmiryolu daşımaları 6 illik fasilədən sonra 26 mayda bərpa olunacaq. (AzPolitika.info)

Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-05-2026, 20:03