mobil versiya

Şuşa və Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb




Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.

Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin başçısı Ahmet Metin Genç imzalayıblar.
Qeyd edək ki, Şuşa indiyədək 9 şəhərlə qardaşlaşıb.
Bugünkü anlaşma memorandumu ilə bu say 10-a çatıb. (Azərtac)


Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:35