mobil versiya

Bakı -Tbilisi qatarında qiymətlər necə olacaq?






Xatırlayıram ki, 5 illik fasilədən sonra bərpa olunan Bakı - Balakən qatarı üçün müəyyən olunan hədsiz yüksək qiymətləri ADY “komfort”, “VIP zal”, "dünya təcrübəsi"ilə izah etmişdi.

Hansı ki, daxili bir reysdə vətəndaşa zorla mənasız bir yemək seti təklif edərək, qiyməti süni qaldırmaq  halıyla heç bir yerdə rastlaşmaq mümkün deyil.
Öz evindən gələn yerli vətəndaşların əksəriyyəti isə gecə 12-də verilən  bu setdən istifadə etmir. 

Zorla təqdim edilən yemək seti yalnız qiymət artımına şərait yaradır ki, həm də məhz buna görə də 
SV-nin qiyməti 72-100 manat arasında dəyişir .
Əvvəllər bu 22 manat 50 qəpik olub.

Ümumiyyətlə isə, ADY-nin Bakı - Balakən üçün təklif etdiyi qiymətlər vaqonun tipindən asılı olaraq  əvvəlkilərdən 3-4 dəfə bahadır.
Əvvəllər Plaskart 7-8 manat idi, hazırda ən yaxşı halda  18-25 manatdan başlayır.
Əvvəllər kupe 13 manat idi, hazırda ən yaxşı halda 27 -33 manatdan başlayır.

Qeyd olunan  yemək setinin zorla deyil, seçimlə olması, yalnız turistlərə təqdim edilməsi təklifini isə ADY rəhbərliyi indiyədək yaxın buraxmayıb.

ADY-nin son illərdə dəmir yolu infrastrukturunun bərpası istiqamətində atdığı addımlar nə qədər təqdirəlayiq olsa da, təklif etdiyi qiymət siyasəti heç bir halda  ağlabatan olmayıb.

Qatarla sərnişindaşıma gündəlik  istifadə olunan ictimai bir minik növüdür. 
Onu “komfort”, elit bir formaya salmaqla zorla yemək seti verib süni qiymət artımı yaratmaq doğru bir hal deyil.
İctimai nəqliyyat üçün bu tip yanaşma qüsurludur.

Bakı - Tbilisi qatarının qiymətlərin necə olacağını hələlik ADY açıqlamayıb.
Ümid edirəm Bakı - Balakən qatarında tətbiq edilən 
 "komfort”, "elit" prinsiplər , zorla yemək seti təqdim etmək prinsipləri olmayacaq.

Osman Gündüz 
Azərbaycan İnternet Forumunun prezidenti

Reportyor.az




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:32