mobil versiya

Bu günə qədər artıq 102 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi başa çatıb



Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, bu günə qədər artıq 102 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.
Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
-Alternativ qeydiyyat mərkəzlərinə;
-Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə;
-“ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 17:22