mobil versiya

Magistraturaya qəbul imtahan nəticələri elan olunub




Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına mayın 17-də keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

DİM-dən bildirilib ki, imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə ən çox 95, esse üzrə isə 5 bal toplaya bilərlər.
İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra imkan yaradılacaq.

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:39