mobil versiya

Bakı–Tbilisi–Bakı qatarında ödənişsiz baqaj limiti nə qədər olacaq?



Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarında Komfort və Komfort+ siniflərində səyahət edən sərnişinlər çəkisi 23 kiloqramdan, Lüks sinifdə isə 30 kiloqramdan çox olmayan 1 ədəd baqajı ödənişsiz daşıya bilərlər.

Bu barədə Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər.

Reportyor.az 


KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:16