TƏBİB-də ÜST-ün Azərbaycan nümayəndəliyinin üzvləri ilə görüş keçirilib

TƏBİB-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin üzvləri ilə görüş keçirilib.
TƏBİB-in İcraçı direktoru Anar Bayramov və ÜST-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancının rəhbərliyi ilə keçirilən görüşdə mövcud əməkdaşlıq, həyata keçirilən layihələr və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər tibbi xidmətlərin keyfiyyətinin artırılması, insan resurslarının inkişafı, rəqəmsal tibbi həllərin tətbiqi, ictimai səhiyyə sahəsində institusional potensialın gücləndirilməsi və beynəlxalq təcrübə mübadiləsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş çərçivəsində həmçinin prioritet istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsi, texniki dəstək mexanizmlərinin inkişaf etdirilməsi və əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə olunub.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:50


























