mobil versiya

Otuz səkkiz kiloqramdan artıq narkotik vasitəni və üç minə yaxın həbi Azərbaycana keçirilmək istədilər




Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində DSX və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.


Bu barədə DSX-nin və DİN-in birgə məlumatında bildirilib.

Qeyd olunub ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Reportyor.az 


KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 13:09